Bakıda 6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilənlərə hökm oxunub

Bakıda 6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı təqsirləndirilənlərə hökm oxunub
# 11 dekabr 2013 14:46 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən dərhal sonra cinayət işi başlanıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR