Şabranda 27 yaşlı qadın itkin düşüb

Şabranda 27 yaşlı qadın itkin düşüb
# 26 avqust 2013 08:28 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunda 27 yaşlı qadın itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın özünü Samur-Abşeron kanalına atdığı ehtimal olunur. Şabran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR