Məhkumlardan mobil telefon və narkotik vasitə götürülüb

Məhkumlardan mobil telefon və narkotik vasitə götürülüb
# 26 sentyabr 2013 09:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 182.3.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Sultan oğlu Əliyevin kamerasına baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə 3 saylı İstintaq Təcridxanasında 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 185.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan “tiryək” aşkar olunaraq götürülüb.


Faktlar üzrə araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR