Bakıda növbəti əmək yarmarkası keçiriləcək

Bakıda növbəti əmək yarmarkası keçiriləcək
# 05 iyun 2014 13:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economisc. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 6-da Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Tennis Akademiyasında baş tutacaq tədbir paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR