Ağdamda otlaq sahəsində kişi meyiti tapılıb - FOTO - VİDEO

Ağdamda otlaq sahəsində kişi meyiti tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 18:12 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, sözügedən ərazinin yaxınlığında oynayan balaca uşaqlar bir nəfərin hərəkətsiz vəziyyətdə qaldığını görüb yerli sakinlərə xəbər veriblər.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, həmin şəxs məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan Məmmədov Ceyhun Vidadi oğludur. Onun ürək çatışmazlığından keçindiyi müəyyən edilib.

Sakinlərin sözlərinə görə, Ağdam şəhərindən məcburi köçkün olan 1966-cı il təvəllüdlü C.Məmmədov iki dəfə ailə həyatı qursa da, tufeyli həyat sürüb, alkaqol aludəçisi olub. Ölümündən bir neçə saat əvvəl də o, həddən artıq çox spirtli içki qəbul edib və qızmar günəşin altında yatıb və oyanmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR