Azərbaycanda sənaye mallarının istehsalı 1,5% artıb

Azərbaycanda sənaye mallarının istehsalı 1,5% artıb
# 22 noyabr 2013 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 28,0 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsindən 1,5% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft bölməsində 2,0%-lik, neft bölməsində isə 1,0%-lik artım müşahidə olunub.

Sənaye məhsulunun 74,4%-i mədənçıxarma, 19,9%-i emal, 5,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4%-ni təşkil edib, ümumi istehsalın 93,2%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 6,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş sənaye məhsulunun əksər hissəsi istehlakçılara göndərilib, müəssisələrin anbarlarında 262,5 mln. manatlıq məhsul ehtiyatı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR