“Oskar 2014” mükafatına namizədlərin adları açıqlanıb

“Oskar 2014” mükafatına namizədlərin adları açıqlanıb
# 17 yanvar 2014 13:54 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Amerika Kino Akademiyasının prezidenti Şeril Bun Ayzeks “Oskar 2014” mükafatına namizəd olan şəxslərin adlarını açıqlayıb.

APA – nın kinoakademiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, namizədlərin adları Los Ancelesin Beverli Hilz rayonunda yerləşən Samuel Qolduin adına teatrda açıqlanıb.

“Ən yaxşı film” nominasiyasında Stiv Makkuinin “Quldarlığın 12 ili” filmi, Alfonso Kuaronun “Qravitasiya” filmi, Aleksandr Peynin “Nebraska” filmi, Jan-Mark Vallenin “Amerikasayağı fırıldaq” və “Alıcıların Dallas klubu” filmləri, Stiven Frirzin “Filomena” və Pol Qrinqrassın “Kapitan Fillips” filmi yer alıb.

“Ən yaxşı rejissor” adına Stiv Makkuin, Alfonso Kuraon, Devid O. Rassel, Martin Skorseze və Aleksandr Peyn iddia edir.

“Ən yaxşı aktyor” adına Kristian Beyl, Bryus Dern, Leonardo di Kaprio, Metyu Makkonahi və Çivetel Eciofor, “Ən yaxşı aktrisa” adına isə Emi Adams, Keyt Blanşett, Sandra Bullok, Cudi Denç və Meril Strip iddialıdır.

“Oskar” mükafatçılarının adları martın 2-də “Hollywood and Highland Center” kompleksində keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR