Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 03 iyul 2014 15:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən yeni inşa olunan binalardan birində qeydə alınıb.

Bakı şəhər sakini Orucov Elvin Bəhruz oğlu binanın damına çıxaraq özünü atmağa cəhd edib. Hadisə yerinə gələn polis əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR