Alim Qasımov və Fərqanə Qasımova Polşada keçiriləcək festivalda çıxış edəcək

Alim Qasımov və Fərqanə Qasımova Polşada keçiriləcək festivalda çıxış edəcək
# 22 may 2013 11:10 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyunun 25-də xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Polşaya səfərə gedəcək. Bu barədə APA-ya xanəndənin mətbuat katibi Səadət Möhüböva məlumat verib. Onun sözlərinə görə, iyunun 25-dən 30-na kimi davam edəcək “Dünya Avropa Mədəniyyətləri stadionu” adlanan festivalda ifaçılar dünyaca tanınmış polşalı “Voo Voo” qrupu ilə birgə səhnəyə çıxacaqlar: “Hazırda konsertə hazırlıq işləri gedir. Alim Qasımov və qızı Fərqanə Qasımova “Voo Voo” qrupunun “Bezsennosc” mahnısı ilə Azərbaycan muğamlarını sintez şəklində ifa edəcəklər”.

Qeyd edək ki, Alim Qasımov və Fərqanə Qasımova festivalın dördüncü günündə səhnəyə çıxacaq. Konsertdə xanəndələri polşalı qrupla birgə Zəki Vəliyev, Rauf İslamov müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR