Azərbaycan sahibkarları «Made in Asia» sərgisinə dəvət olunub

Azərbaycan sahibkarları «Made in Asia» sərgisinə dəvət olunub
# 29 oktyabr 2013 12:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin aprelin 21-23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində «Made in Asia» (MIA 2014) sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərginin məqsədi Asiya regionunda geosiyasi və iqtisadi dirçəliş proseslərini nəzərə alaraq, region ölkələri arasında ticarət, investisiya və biznes dairələri arasında işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Maraqlananlar Azpromoya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR