Bakıda COOMET Regional Metrologiya Təşkilatı Texniki Komitəsinin iclası keçirilib - FOTO

Bakıda COOMET Regional Metrologiya Təşkilatı Texniki Komitəsinin iclası keçirilib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə Bakıda COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iki günlük iclası keçirilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, «İnformasiya və təlim» mövzusunda keçirilən iclasda yerli mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Almaniya, Moldova, Özbəkistan və Tacikistanı təmsil edən nümayəndələr iştirak ediblər.

İclasda çıxış edən Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov son illər Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi, dövlət etalon bazasının təkmilləşdirilməsi, yeni dövlət etalonlarının alınması istiqamətində görülmüş işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, metrologiya ölkədə sürətlə inkişaf edir: «Son 5 ildə Komitədə kütlə, qüvvə və təzyiq, elektrik kəmiyyətləri, vaxt və tezlik, temperatur, sıxlıq və özlülük və dozimetrik dövlət etalonları laboratoriyaları yaradılaraq milli etalon bazası formalaşıb. Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı nəticəsində Azərbaycan 2007-ci ildən COOMET Regional Metrologiya Təşkilatında təmsil olunub».

Sonra COOMET-in vitse-prezidenti, TK 04 «İnformasiya və təlim» Texniki Komitəsinin sədri Pavel Neyejmakov komitənin son bir ildə gördüyü işlər barədə çıxış edib. İclasda TK-nın növbəti il üçün perspektiv planları, COOMET ilə Dövlət Metrologiya Xidmətinin gələcək əməkdaşlıq əlaqələri, gənc metroloqların təcrübə mübadiləsi proqramlarında iştirakı və gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR