İsrailin baş naziri əməliyyat üçün təcili xəstəxanaya aparılıb

İsrailin baş naziri əməliyyat üçün təcili xəstəxanaya aparılıb
# 11 avqust 2013 01:49 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub.

Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Məlumata görə, ümumi narkoz tətbiq olunacağı təqdirdə baş nazirin səlahiyyətlərini müvəqqəti müdafiə naziri Moşe Yaalon icra edəcək.

Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də günün ikinci yarısında gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR