Gürcüstanda keçirilən prezident seçkilərində Georgi Marqvelaşvili qalib gəlib - VİDEO

Gürcüstanda keçirilən prezident seçkilərində Georgi Marqvelaşvili qalib gəlib - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2013 07:06 (UTC +04:00)

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, artıq seçki məntəqələrinin 81%-nin protokolları hesablanıb. G. Marqvelaşvili 62,19% səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.

Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi, parlamentin sabiq sədri David Bakradze 21,86% səslə ikinci olub. Daha bir keçmiş parlament sədri, Gürcüstanda Rusiya yönümlü siyasətçi kimi tanınan Nino Burcanadze cəmi 10,04% səs alıb.

Beləliklə, G. Marqvelaşvili Gürcüstanın növbəti prezidenti seçilib.

Səsvermədə seçicilərin 46,6%-i iştirak edib.

Seçki axşamı “exit-poll”arın nəticələri bəlli olduqdan sonra D. Bakradze məğlubiyyətini etiraf edərək G. Marqvelaşvilini təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR