AFFA-nın baş katibi FİFA-da vəzifə alıb

AFFA-nın baş katibi FİFA-da vəzifə alıb
# 25 oktyabr 2013 16:35 (UTC +04:00)

Bakı – APA. AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-da yeni vəzifə alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov dünyanın ali futbol qurumunun FAİR PLAY və Sosial Məsuliyyət Komitəsinə üzv seçilib.

Qeyd edək ki, AFFA-nın baş katibi eyni zamanda UEFA-nın FAİR PLAY və Sosial Məsuliyyət Komitəsi sədrinin 2-ci müavinidir.

O, FIFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin də daimi üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR