Mahir Qabiloğlunun “Ərmən-Şuşanikin sevgisi” kitabı çap olunub - FOTO

Mahir Qabiloğlunun “Ərmən-Şuşanikin sevgisi” kitabı çap olunub - <span style="color: red;">FOTO
# 27 yanvar 2014 12:18 (UTC +04:00)

Bakı – APA. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” adlı hekayələr kitabı işıq üzü görüb.

APA-nın “Kulis.az”a istinadən verdiyi məlumata görə, kitabda müəllifin “Ərmən-Şuşanikin sevgisi” hekayəsi ilə yanaşı “Ərmən”, “O dünyaya məktublar”, “Atam Qabilin və dostlarının baməzə əhvalatları”, “Həyat müşahidələrim” və başqa məqalələr yer alır.

Kitabda ümumilikdə 85 yazısıyla tanış ola biləcəksiniz.

“Ərmən - Şuşanikin sevgisi” hekayəsinin qəhrəmanı Şuşanik öz xalqını, millətini, torpağını, nəhayət doğulduğu Qarabağı sevgilisi Əhməddən fərqli olaraq çox sevir.

Hekayə boyu oxucu bunu addım-addım izləyir. Şuşanik nə edirsə-etsin Böyük Ərməniyyə dövlətinin yaradılması uğrunda xalqının arzuları onu ailə məhəbbətindən bir addım irəlidə gedir. Xalqının Böyük Ərməniyyə arzuları onun əslən şuşalı olan əri Əhmədə olan sevgisindən qat-qat yüksəkdə dayanır. 90-cı il hadisələrindən sonra Süsənə çevrilsə də, hicaba girsə də, familiyası Məmmədova olsa da, azərbaycanlıların çevrəsində yaşasa da daim xalqının yanında olur, erməni, ərmən, hay olmasını bir anda yaddan çıxarmır.

444 səhifədən ibarət kitab “Bakı Çap evi”ndə nəfis tərtibatda çap olunub. Nəşrin redaktoru və bədii tərtibçisi İbrahim Nizamioğlu, korrektoru isə Mahmud Qəzənfəroğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR