Gürcüstanda gürcü sürücüsü aksiya zamanı özünü yandırmağa cəhd edib

Gürcüstanda gürcü sürücüsü aksiya zamanı özünü yandırmağa cəhd edib
# 03 aprel 2014 21:37 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gurcustanda Rustavi-Tiflis marşrut taksisinin sürücüsü Şmaqi Mikeladze “Gürcü Arzusu”nun ofisi qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, patrul polisinin köməyi sayəsində Ş. Mikeladzeni xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bu gün səhər saatlarında “Gürcü Arzusu”nun ofisi qarşısında sürücülər elan edilən tenderin nəticələrinin ləğv olunması tələbi ilə aksiya keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, tenderdə qalib gələn “İntertrans” şirkəti bildirib ki, sürücülər sərnişinlərə öz şəxsi mikroavtobusları ilə xidmət etməlidir.

Sürücülərə maşınlarının komfortlu olmadığı bildirilib. Onlar aksiyada Rustavi şəhər meriyasını günahlandırıblar.

Aksiya iştirakçıları qeyd ediblər ki, onların tələbi ödənilməsə onlar aclıq elan edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR