Mariupolda DİN-in yerli şöbəsinə hücumun qarşısı alınıb, 8 nəfər terrorçu öldürülüb - VİDEO - YENİLƏNİB

Mariupolda DİN-in yerli şöbəsinə hücumun qarşısı alınıb, 8 nəfər terrorçu öldürülüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 09 may 2014 14:02 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı hərbçilər terrorçuların Daxili İşlər Nazirliyinin yerli şöbəsinə hücumunun qarşısını alıb.

Nəticədə 8 nəfər terrorçu öldürülüb.

***

15.50

Bakı-APA. Ukraynanın Mariupol şəhərində Şəhər Şurası binasının birinci mərtəbəsində yanğın baş verib.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində davam edən atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yerli separatçılar bildirirlər ki, Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binasını azad etməyə çalışan hökumət qüvvələri ağır texnikadan istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR