İstanbulda “Azərbaycan obyektivdə” sərgisinin açılışı olub - FOTO

İstanbulda “Azərbaycan obyektivdə” sərgisinin açılışı olub - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 11:14 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, cəmiyyətin təşkilatçılığı ilə keçirilən fotosərgidə Azərbaycanın insanlarını, mədəniyyətini, təbiətini və memarlığını əks etdirən 100 fotoşəkil sərgilənib.

Tədbirdə Türkiyədə akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri, ictimai, mədəniyyət və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər. Sərginin açılış mərasimində türkiyəli yazar-jurnalist və televiziya aparıcısı Ece Vahapoğlu, müsabiqənin qalibi azərbaycanlı fotoqraf Asim Talıb, onun həmkarı Rəna Əfəndi və AAC-ın Türkiyə nümayəndəliyinin rəhbəri Rəna Rzaveva çıxış ediblər.

Ece Vahapoğlu məlumat verib ki, “Qocalar” əsərinə görə Asim Talıb müsabiqənin qalibi seçilib. Azərbaycanın bəzi bölgələrinin uzun ömürlü insanları ilə məşhur olmasını qeyd edən E.Vahapoğlu deyib ki, Asimin “Qocalar” foto əsəri 1985-ci ildə, artıq 20 ildir Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunda çəkilib.

Qeyd edək ki, sərgi turu Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət göstərdiyi şəhərlər üzrə keçirilib. Ən sonuncu dayanacaq İstanbuldur. Sərginin ilk açılış mərasimi 2012-ci ilin noyabr ayında Londonda olub. Daha sonra 2013-cü ilin mart və iyun aylarında Paris və Brüsseldə təşkil edilib. Fotoşəkillər, cəmiyyətin Türkiyə nümayəndəliyinin elan etdiyi müsabiqəyə Azərbaycan və dünyanın hər bir bölgəsindən göndərilmiş 750-dən çox şəkilin içərisindən seçilib.

Müsabiqənin münsiflər heyəti tanınmış fotoqraf Henri Dallal və “Condé Nast Traveller” jurnalının foto redaktoru Karolin Metkalfdan ibarət idi. Birinci yerə Asim Talıbın “Qocalar”, ikinci yerə Etibar Cəfərovun “Bibi Heybət məscidi” və üçüncü yerə Fuad Babayevin “Alovlar və iynə” əsərləri layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR