Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir
# 19 may 2014 11:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda statistik məlumatların verilməsi qaydalarının pozulması ilə bağlı cəzalar sərtləşdirilir. APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasda açıqlanıb ki, maddəyə təklif edilən dəyişikliyə əsasən statistika müşahidələrinin keçirilməsi və zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 700 manata qədər cərimələr tətbiq ediləcək.

Hazırda bu rəqəm 35 manatdan 50 manata qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR