Azərbaycan UEFA-nın əmsallar cədvəlində mövqeyini qoruyub

Azərbaycan UEFA-nın əmsallar cədvəlində mövqeyini qoruyub
# 05 iyul 2013 08:02 (UTC +04:00)

Bakı – APA. UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün I təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.


İyulun 4-də baş tutan Avropa Liqasının oyunlarının da əksini tapdığı cədvəldə Azərbaycan 31-ci pillədə qalıb. Mövsümün startı ərəfəsində 32-ci olan ölkəmiz 2 gün əvvəl yüksəldiyi 31-ci pilləni qoruya bilib.

Belə ki, dünən Finlandiya “Mariehamn”ı ilə ev oyununda yalnız heç-heçə ilə kifayətlənən “İnter” hesabımıza daha 0,125 xal gətirib. Bununla da cari mövsüm qazandıqlarımız 0,500-ə çatıb. Bu yarım xalın 0,250-si “Qarabağ”ın hesabındadır. “Xəzər Lənkəran” isə “İnter” kimi 0,125 xala imza atıb.

Avrokubokların ilk həftəsinin gətirdiyi yarım xal son 5 mövsümdə qazandıqlarımızın cəmini 8,375-ə çatdırıb. 2 gün əvvəl 31-ci pillədən sıxışdırdığımız Gürcüstanın hər iki komandası evdə oynadığından onların mövqelərini qaytarması mümkün idi. Çünki bizim dünən meydana çıxan tək komandamız “İnter” də istənilən nəticəni verməmişdi. Lakin gürcülərin də 2 komandası üst-üstə 0,125 xal əldə etdi.

“İnter”in bərabərliyi də 30-cu olan Sloveniyaya çatmaq imkanı verirdi. Lakin sonuncuların dünən meydana çıxan təmsilçiləri “Domjale” və “Selye” uduzmalı idi. Birincilər öz meydanında Rumıniya “Astra”sına yenilsə də, “Selye” Norveç səfərində “Tromse”yə qalib gəlməklə Azərbaycandan 0,250 xal uzaqlaşdı. “İnter”in heç-heçəsindən sonra bizim 30-cu pilləyə şərik olmağımız cəmi 1 saat çəkdi. Bakılıların mərhələ adlayacağı halda rəqibinin müəyyənləşdiyi oyunda qalib gələn sloveniyalılar 30-cu pillədə möhkəmləndi.

...25

Serbiya

11.875

26

Norveç

11.875

27

Macarıstan

11.250

28

Bolqarıstan

10.375

29

Slovakiya

9.625

30

Sloveniya

8.625

31

Azərbaycan

8.375

32

Gürcüstan

8.125

33

Moldova

7.250

34

Finlandiya

6.875

35...

Bosniya Herseqovina

6.500


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR