Bakıdan Naxçıvana uçan təyyarə hava burulğanına düşüb, səkkiz nəfər xəsarət alıb - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə hava burulğanına düşüb, səkkiz nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 11:30 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, təyyarədə 180 sərnişin olub, onlardan səkkizi hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR