Ötən il Azərbaycanda qeyri-neft sektoruna sərmayələr 12% artıb

Ötən il Azərbaycanda qeyri-neft sektoruna sərmayələr 12% artıb
# 29 yanvar 2014 08:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda 4 824,8 mln. manat həcmində vəsait neft bölməsinə yönəldilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilə nisbətən 12,1% artaraq 13 047,3 mln. manat (ümumi sərmayənin 73,0%-i) təşkil edib, o cümlədən 2 257,5 mln. manat (12,6%) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 71,8%-i dövlət, 28,2%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR