TÜRKKON müşahidə missiyası: “Bu, öz texniki imkanlarına görə ən mükəmməl seçki idi”

 TÜRKKON müşahidə missiyası: “Bu, öz texniki imkanlarına görə ən mükəmməl seçki idi”
# 10 oktyabr 2013 07:05 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onlar bir hissəsi işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar.


X.Akıncı bildirib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil edib: “Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub. Bəzi məntəqələrdə “exit-poll” keçirilməsi ilə rastlaşdıq. Amma “exit-poll” bütün məntəqələri əhatə etmirdi. Bəzi məntəqələrdə tibb xidmətlərini hazır vəziyyətdə gördük. Ümumilikdə deyə bilərəm ki, izlədiyimiz bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan prezidentini təbrik edirik».


Mətbuat konfransında çıxış edən TÜRKKON nümayəndələri qeyd ediblər ki, səhər saatlarında səsverməyə qatılım 45-50% civarında olub. Müşahidə missiyası dairə və məntəqə seçki komissiyalarının üzvləri və seçicilərlə görüşüb, onların fikirlərini öyrəniblər. Seçki zamanı problemlər qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR