Ötən il Azərbaycanda hazır metal məmulatlarının istehsalı 47% azalıb

Ötən il Azərbaycanda hazır metal məmulatlarının istehsalı 47% azalıb
# 28 yanvar 2014 07:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 400,7 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 1,5% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 46,8% azalıb.

İl ərzində sahə üzrə 1,9 min ton və ya 49,7% çox çuqun tökmə, 377,7 ton və ya 2,3 dəfə çox alüminium çubuqlar, millər və profillər, 8,0 min ton və ya 1,9 dəfə çox qara metallardan konstruksiyalar, 234,8 min ton və ya 4,1% az armatur istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR