Erməni “qanuni oğru” aeroportda həbs olunub

Erməni “qanuni oğru” aeroportda həbs olunub
# 08 mart 2014 13:24 (UTC +04:00)

Lefortovo təcridxanasından yeni buraxılan qanuni oğru erməni Aqas Adamyan öz vətənində təyyarədən düşərkən yenidən həbs edilib. “Zvartnost” hava limanında yerə enən Krasnoyarsk-İrəvan təyyarəsini Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları mühasirəyə alıblar. Cinayətkar aləmdə “Aqas Erevanskiy” kimi tanınan Adamyana çantalarını belə götürməyə imkan verməyiblər. “Qanuni oğru”nun qoluna qandal vurub nazirliyə gətiriblər. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Adamyan 2007-ci ildən məhkum həyatı yaşayır. Erməni mətbuatının yazdığına görə, saxlanılan “qanuni oğru” 2003-ci ildə etibardan sui-istifadə etməklə küllü miqdarda dələduzluq etməkdə ittiham olunub və barəsində həbs qəti imkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR