ABŞ Suriya müxalifətinin radikal islamçılarla toqquşmalarından narahatdır

ABŞ Suriya müxalifətinin radikal islamçılarla toqquşmalarından narahatdır
# 20 sentyabr 2013 03:56 (UTC +04:00)

Bakı-APA. ABŞ hakimiyyəti Suriya müxalifətinin radikal islamçılarla baş verən toqquşmaları barədə xəbərlərdən narahatdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.

Qeyd edək ki, mətbuat bundan öncə müxalifət nümayəndələrinə istinadən xəbər verib ki, əvvəllər “Azad Suriya Ordusu”nun nəzarəti altında olan Aazaz şəhəri “İraq və Levantedə islam dövləti” radikal islamçı qruplaşması tərəfindən ələ keçirilib. Yerli sakinlərin məlumatına görə, islamçılar şəhərdə həbslər həyata keçirir və nəzarət-buraxılış məntəqələri yaradır.

“Biz bu xəbərlərdən və ekstremistlərin dinc sakinlərə hücumları barədə məlumatlardan narahatlıq hissi keçiririk. Biz Suriya müxalifətinin Ali Hərbi Şurası ilə təmasdayıq və vəziyyətə diqqət yetirməkdə davam edirik”, deyə Harf qeyd edib.

Aazaz Hələb şəhərindən 30 km şimalda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR