Akif Əlizadə: “Son 7 ildə AMEA-da seçkilərin keçirilməməsi bəzi çatışmazlıqlara səbəb olub”

Akif Əlizadə: “Son 7 ildə AMEA-da seçkilərin keçirilməməsi bəzi çatışmazlıqlara səbəb olub”
# 30 iyun 2014 09:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Son 7 ildə Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilməyib. Bu da bəzi çatışmazlıqlara səbəb olur, çətinliklər yaradır”. APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, çətinliklərdən birincisi odur ki, bəzi prioritet istiqamətlər akademiyanın elmi fəaliyyətində zəifləyir. A.Əlizadə qeyd edib ki, kadr hazırlığında çətinlik çəkilir: “Bəzi elmi məktəblər də bir qədər daralır, hətta itmək üzrədir. Bu baxımdan AMEA-da seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Son zamanlar akademiyanın Rəyasət Heyəti çox mühüm problemləri, məsələləri öz iclaslarında müzakirəyə çıxarır. Həmin məsələlərin nəticələri qərar kimi qəbul olunur. 10 ildən artıqdır ki, dövlətimiz uğurlu yolla inkişaf edir. Ondan əvvəl qoyulan möhkəm özül iqtisadiyyat, mədəniyyət, elmin inkişafı bu gün çox sürətlə davam etdirilir”.

AMEA prezidenti qeyd edib ki, son 4-5 ildə akademiyada maddi-texniki bazanın təkmilləşdirilməsi, möhkəmlənməsi üçün dövlət tərəfindən təxminən 15 milyon manata qədər pul xərclənib: “Bu gün akademiyanın bütün bölmələri gözəl maddi-texniki bazaya malikdir. İndi akademiya qarşısında məsələ qoyulur ki, onlardan səmərəli və prioritet istiqamətlərə xidmət etmək üçün istifadə olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR