Tacikistan rejissoru Azərbaycan Musiqili Teatrının səhnəsində tamaşa hazırlayacaq - FOTO

Tacikistan rejissoru Azərbaycan Musiqili Teatrının səhnəsində tamaşa hazırlayacaq - <span style="color: red;">FOTO
# 07 aprel 2014 09:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Tacikistanın xalq artisti, rejissor Sultan Usmanov Azərbaycan Musiqili Teatrının səhnəsində tamaşa hazırlayacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rejissor özbək dramaturqu İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasına quruluş verəcək: “60-cı illərdə “Tacikfilm”də çəkilən “Xoca Nəsrəddinin 12-ci qəbri” filmində Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun yaratdığı Xoca Nəsrəddin tamaşaçıların yaxşı yadındadır. Maraqlıdır ki, taciklərə Xoca Nəsrəddini sevdirən teatra Molla Nəsrəddin obrazını bu dəfə tacik rejissoru gətirəcək”.

Qeyd edək ki, Sultan Usmanov son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İran kimi ölkələrin müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Rejissorun tamaşaları Orta Asiya Respublikalarında, Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində uğurla nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR