«Sazz Internet» Qax rayonunda da fəaliyyətə başlayıb

«Sazz Internet» Qax rayonunda da fəaliyyətə başlayıb
# 01 noyabr 2013 14:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Sazz Internet» provayderi özünün 4G şəbəkəsinin əhatə dairəsini genişləndirir. Balakən və Zaqatala rayonlarından sonra şirkət öz müştəri xidmətlərini Qax rayonunda da istifadəyə verib.

«Sazz Internet»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, indi Qax sakinləri də «Sazz 4G» xidməti sayəsində 10 Mbit/saniyə sürəti ilə telefon xətti olmadan, birbaşa internetə qoşula biləcəklər. Hər yeni abunəçiyə 5 gün ərzində 200 MB həcmində trafiklə «Sazz» şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər. Qax rayonundakı «Sazz» müştəri xidmətləri və satış mərkəzi rayon mərkəzinin İmam Mustafayev küçəsi,14 ünvanında yerləşir.

«Sazz Internet»in satış məntəqələri həftə boyu, həmçinin bayram günlərində müştərilərə xidmət göstərir.

Yaxın aylar ərzində provayderin əhatə dairəsinə Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Lerik və Astara rayonları da əlavə ediləcək. Qeyd edək ki, «rouminq» xüsusiyyətinə malik olan «Standart» tarifi ilə internetə qoşulan abunəçilər «Sazz Internet»in əhatə dairəsinin istənilən nöqtəsində, o cümlədən, yuxarıda sadalanmış şəhər və rayonlarda heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.

Hazırda «Sazz Internet»in əhatə dairəsinə Bakı, Xırdalan, Abşeron yarımadasının əksər qəsəbələri, o cümlədən Novxanı, Mehdiabad, Zabrat, Maştağa, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan, Dübəndi, Qala, Binə, Suraxanı, Hövsan, Masazır, Lökbatan, Şağan, Zığ, Pirallahı adası, həmçinin Balakən rayonu və Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR