Şamaxı Cümə məscidi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib - FOTOSESSİYA

Şamaxı Cümə məscidi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 may 2013 11:11 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Mərasimə Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri də qatılıblar.

Prezident İlham Əliyev qonaqlarla görüşüb.

Cümə məscidi ilə yaxından tanış olan dövlət başçısına burada görülmüş işlər barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Bu, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim məscidlərdən biridir.

Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dağıdıcı zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilib. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilmiş, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb. Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə təmir olunub. Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri Azərbaycan Prezidentinin 2009-cu il 24 dekabr tarixli Sərəncamı əsasında başlanılmış və yüksək keyfiyyətlə sona çatdırılıb.

Dövlət başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxıb.

Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib və “Qurani-Kərim” hədiyyə edib.

Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış ediblər. Xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR