Volqoqradda partlayış törətmiş kamikadze-terrorçunun anası: “Qızım nə işlə məşğul olduğunu mənə söyləmirdi”

Volqoqradda partlayış törətmiş kamikadze-terrorçunun anası: “Qızım nə işlə məşğul olduğunu mənə söyləmirdi”
# 22 oktyabr 2013 12:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Volqoqradda sərnişin avtobusunda partlayış törətmiş Naida Asiyalovanın anası Ravzat Asiyalova “Qolos Rossii” radiosuna müsahibəsində deyib. O bildirib ki, son 3-4 il ərzində qızının harada olmasından xəbərsiz olub: “O, heç nəyi mənimlə bölüşmürdü, ürəyini açmırdı. Mən haradan biləydim ki, o, belə işlə məşğuldur? Bizim evdə hicab taxmırlar. Mən özüm hicabı sevmirəm. Lakin o, hicab geyirdi. Mən hər dəfə onu danlayırdım ki, bu, sənin nəyinə lazımdır. Cavab verirdi ki, dua edirəm. Sonra mənə dedi ki, Mahaçqalaya gəlmişəm. Soruşdum ki, harada qalacaqsan? Bildirdi ki, bir mənzildə kiminləsə birlikdə yaşayır. Mən onun yanına gələcəyimizi söylədikdə həmişə cavab verirdi ki, bura gəlmək olmaz, harada yaşadığımı sizə deməyimə icazə vermirlər”.

R. Asiyalova kiçik qızı Naidanın davranışının motivlərini anlamadığını vurğulayıb: “Mənim daha iki qızım var, onlar evlidir. Naidanın niyə bu cür böyüdüyünü başa düşmürəm. Mən ona heç vaxt mənfi nümunə göstərməmişəm. Mən günahkar deyiləm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR