Azərbaycanda seçki günü hava mülayim olacaq - YENİLƏNİB

Azərbaycanda seçki günü hava mülayim olacaq - <span style="color: red;">YENİLƏNİB
# 07 oktyabr 2013 10:28 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, oktyabrın 8-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər zəif şimal-şərq küləyinin sürəti 5-10 m/s, gündüz mülayim cənub-şərq küləyinin sürəti 9-14 m/s, axşam 7-12 m/s təşkil edəcək. Havanın temperaturunun səhər 12-15, gündüz 15-19, axşam 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da oktyabrın 8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 9-da səhər hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı gözlənilir. Gündüz və axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keşəcəyi ehtimal olunur. Şərq küləyinin sürəti səhər 3-8 m/s, gündüz və axşam 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun səhər 12-16, gündüz 16-20, axşam 13-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 8-i gündüzdən başlayaraq Abşeron yarımadasında hava şəraitinin tədricən sabitləşəcəyi, 10-dək nisbətən mülayim keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR