Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti İlham Əliyevə təbrik məktubu göndərib - YENİLƏNİB

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti İlham Əliyevə təbrik məktubu göndərib - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2013 11:51 (UTC +04:00)

Bakı – APA. Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti Qabriel Valentin Komanesku Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun adından təbriklərimi çatdıran vitse-prezident prezident seçkilərində qazandığı qələbənin onun həm ölkə daxilində, həm də ölkənizin geosiyasi əhəmiyyətinə görə beynəlxalq aləmdə nüfuzunu bir daha təsdiqləmiş olduğunu qeyd edib.

“Qara dəniz və Xəzər dənizi regionu ölkələri arasında mövcud olan iqtisadi əlaqələrin Sizin yeni prezidentliyiniz dövrünə daha da möhkəmlənib inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında mövcud tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verəcəyimə və əlimdən gələni edəcəyimə əmin olun”, - deyə Q. V. Komanesku bildirib.

1990-1997-ci illərdə Bolqarıstan Prezidenti Jelyu Jelev, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR