Şamaxıda evdə yanğın olub

Şamaxıda evdə yanğın olub
# 14 may 2014 07:19 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Şamaxıda evdə yanğın baş verib. APA - nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin yeni yaşayış massivində “Yolkalıq” adlanan ərazidə qeydə alınıb. İlyas Mirzəyeva məxsus bir mərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın zamanı 108 kvadratmetr sahəsi olan evin 30 kvadratmetr sahəsi yansa da, qalan hissə yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Yanğın zamanı evdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Fakt bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR