İsrailin “Azadlıq donanmasına” hücumunu Beynəlxalq Cinayət Məhkəməsi araşdıracaq

İsrailin “Azadlıq donanmasına” hücumunu Beynəlxalq Cinayət Məhkəməsi araşdıracaq
# 15 may 2013 01:09 (UTC +04:00)

Bakı-APA. Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi İsrailin 2010-cu ildə Qəzzaya yollanan “Azadlıq donanmasına” hücumunu araşdıracaq. İsrail hərbçilərinin gəmiyə hücumu zamanı 9 nəfər Türkiyə vətəndaşı həlak olub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru açıqlamasında bildirib ki, istintaq tədbirlərinin davam etdirilmədi üçün donanmanın tərkibindəki gəmilərdən birinin qeydiyyata alındığı Komora adalarının təsdiqi gərəkdir.

Türkiyəli Fələstin fəallarının ölümü Ankara və İsrail arasında münasibətlərin kəskin soyumasına səbəb olmuşdur.

BMT 2011-ci il hesabatında İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR