Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana irihəcmli kredit ayıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana irihəcmli kredit ayıracaq
# 23 iyun 2013 10:02 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, QDTİB ARDNŞ-la ARDNŞ-in Türkiyədə «STAR» neft emalı zavodunun tikintisinə 58 mln. ABŞ dolları məbləğində kredit ayıracaq: «Bankın Direktorlar Şurası sözügedən kreditin ayrılmasını artıq təsdiqləyib və kredit bu ilin sonunadək ayrılacağı gözlənilir. Onu da əlavə edim ki, bu kredit QDTİB-in tarixində ayırılacaq ən irihəcmli kreditdir».

A.Kondakov onu da əlavə edib ki, kredit 18 ilədək ayrılacaq, halbuki, Bank bundan öncə kreditləri maksimal olaraq 10 ilədək ayırıb.

Xatırladaq ki, ARDNŞ-in Türkiyədə «STAR» neft emalı zavodunun tikintisi layihəsi 5,1 mlrd. dollar məbləğində qiymətləndirilir.

1996-cı ildə təsis edilən QDTİB 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Azərbaycan 2002-ci ildən bu Bankın üzvüdür. QDTİB regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. Azərbaycan QDTİB-də 5% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR