Bakıda 3 otaqlı mənzildə yanğın baş verib

Bakıda 3 otaqlı mənzildə yanğın baş verib
# 29 noyabr 2013 04:13 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR