Azərbaycanda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb

 Azərbaycanda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb
# 03 yanvar 2014 11:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ağcabədi rayonunda yaşayış evində partlayış baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 2-də saat 16 radələrində Ağcabədi şəhəri E. Sadıqov küçəsi ev-156-da qeydə alınıb. Orada yaşayan Həmidə İsmayılovanın evində təbii qazın sızmasından ani partlayış qeydə alınıb. Nəticədə mətbəxin tavanı dağılıb, xəsarət alan H.İsmayılova xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR