® «Diamond Motors» və «Mitsubishi Motors» şirkətləri arasında müqavilə yenilənib - FOTO

<font color=red>® </font>«Diamond Motors» və «Mitsubishi Motors» şirkətləri arasında müqavilə yenilənib - <span style="color: red;">FOTO
# 07 mart 2014 09:00 (UTC +04:00)

Bunu brendin müstəsna idxalçısı və distribüteri olan Diamond Motors şirkətinin direktoru Zakir Kərimzadə bildirib. «Mitsubishi Motors»un Avropa, Yaxın Şərq və Afrika üzrə korporativ baş direktoru Tatsuya Kaji ilə «Diamond Motors» rəhbərinin imzaladığı müqavilə «Diamond Motors»a növbəti illərdə də brendi təmsil etmək imkanı verib.

Azərbaycanda xüsusilə «Pajero», «ASX» və «L200» kimi modelləri bestsellerə çevrilmiş «Mitsubishi»nin yenilikləri də avtomobil həvəskarları arasında maraqla qarşılanır. 2013-cü ildə bazara təqdim edilmiş tam yeni «Outlander» qısa bir zamanda müştərilərin rəğbətini qazanıb.

«Diamond Motors» şirkəti «Mitsubishi»nin 2006-cı ildən bəri Azərbaycanda dileridir. 2013-cü ildən isə brendin müstəsna idxalçısı və distribüterinə çevrilib. Bakıda 3 «Mitsubishi» salonundan əlavə, «Diamond Motors» ötən il Lənkəran və Gəncədə də «Mitsubishi» salonları açaraq, «Mitsubishi» müştərilərinə regionlarda daha yüksək xidmət göstərilməsini təmin edib.

«Mitsubishi»nin müstəsna idxalçısı və distribüteri olmaq bizə müştərilərimizə daha yüksək xidmət göstərmək imkanı verməklə yanaşı, həm də bu məşhur brend qarşısında daha məsuliyyətli edir», - deyə «Diamond Motors»un direktoru bildirib.

Qeyd edək ki, «Mitsubishi»nin müstəsna idxalçısı və distribüteri olmaqla, «Diamond Motors» avtomobillərə 3 il və ya 100 min km zəmanət verməklə yanaşı, təqdim etdiyi ehtiyat hissələri və servisə də 2 il zəmanət verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR