Elbay Qasımzadə “Böyük Bakının Regional İnkişaf Planı”nın ictimai müzakirəsində Bakı ŞİH iştirak etməməsindən narazılıq edib

Elbay Qasımzadə “Böyük Bakının Regional İnkişaf Planı”nın ictimai müzakirəsində Bakı ŞİH iştirak etməməsindən narazılıq edib
# 15 may 2014 10:33 (UTC +04:00)

“Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak edir. Bəs niyə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak etmir? Layihənin adı ilə bağlı özümə görə müəyyən dəyişikliklər edərdim. Məsələn, Abşeron aqlomerasiyası adlandırardım. Çünki buraya Bakı da, Sumqayıt da, Ələt də daxildir. Amma burada böyük Bakının adı var, niyə Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri yoxdur. Bu sənəd onlar üçündür. Onlar gələcək fəaliyyətlərini bunun üzərində qurmalıdırlar. Bu mənim üçün qəmgin bir mövzudur. Çünki daha çox sualları bəlkə onlar verəcəkdilər, bəlkə öz təkliflərini verəcəkdilər”, - deyə E. Qasımzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR