«Bank Nikoil»un mənfəəti 35% azalıb

 «Bank Nikoil»un mənfəəti 35% azalıb
# 03 fevral 2014 14:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Nikoil» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 36,897 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analji göstəricisindən 0,5% azdır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 1,4% artaraq 35,427 mln. manata düşüb.

Bankın hesabatına əsasən, il ərzində «Bank Nikoil» 1,471 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 34,7% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 32,459 mln. manat, qeyri-faiz gəlirləri 4,438 mln. manat, faiz xərcləri 16,980 mln. manat, qeyri-faiz xərcləri isə 17,770 mln. manata bərabər olub. Ötən il bankın faiz mənfəəti 14,8% azalaraq 15,479 mln. manat, qeyri-faiz zərəri 12,8% azalaraq 13,332 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR