Ukraynalı rejissor Lənkəran teatrında yeni tamaşa hazırlayır - FOTO - VİDEO

Ukraynalı rejissor Lənkəran teatrında yeni tamaşa hazırlayır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 noyabr 2013 00:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında N.V.Qoqolun “Ölü canlar” əsərinin motivləri əsasında Mixail Bulqakovun səhnələşdirdiyi eyniadlı tamaşanın məşqləri gedir. APA-nın cənub bürosunun məlumatına görə, Ukraynadan dəvət olunmuş istedadlı rejissor Arkadi Nepitalyukun quruluş verdiyi bu səhnə əsərinin noyabr ayının sonunadək tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub.

Qoqolun məşhur əsərində irəli sürülmüş ideya rejissor tərəfindən tamaşanın səhnə həllində müasir dövrün reallıqlarına uyğun yeni detallarla zənginləşdirilməyə səy göstərilib. Tamaşanın səhnə tərtibatı Yevgeniya Nepitalyuka, musiqi tərtibatı isə bəstəkar Sərdar Fərəcova məxsusdur. Əsas rollarda respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Eynəli Nurullayev, Əlibala Əsgərov, Miraslan Agayev, Əbülfəz Axundov, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova və digərləri çıxış edir.

Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, yaradıcı kollektiv hazırda paralel olaraq daha iki əsərin - Əhməd Orucoğlunun “Açarını itirmişlər” və Tural Mustafayevin quruluşunda italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” tamaşasının məşqlərini edir. Hər iki səhnə əsərinin bu ilin sonunadək tamaşaçılara təqdim ediləcəyi nəzərdə tutulub.

Teatrın truppası cari mövsümdə İran, Bolqarıstan, Gürcüstan və Türkiyədə keçiriləcək Beynəlxalq teatr festivallarında yeni tamaşalarla çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR