Azərbaycanın turizm imkanları Beynəlxalq Top Resa 2013 Sərgisində nümayiş olunur - FOTOSESSİYA

Azərbaycanın turizm imkanları Beynəlxalq Top Resa 2013 Sərgisində nümayiş olunur - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2013 12:16 (UTC +04:00)

Bakı-APA. “Azərbaycana maraq artdıqca Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi turizm sərgilərinin sayı da də ildən-ilə artır. Artıq dördüncü dəfə iştirak etdiyimiz İFTM TOP RESA 2013 Sərgisi Fransanın Paris şəhərində bu dəfə 151 ölkəni qəbul edir. Sentyabrın 24-27-si arası nazirlik tərəfindən icarə olunmuş 60 kvadratmetr sahədə nüfuzlu Azərbaycan nümayəndə heyətini Mədəniyyət və Turizm Nazirliyinin, “Billur travel”, “Geo travel”, “RVS travel”, “Millennium Tourism & Congress DMC”, “Gilan tourizm”, “SW travel”, “AZAL”-ın və «Qallery Hotel»in nümayəndələri fransiz və ingilis dilərində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, bukletlər, broşürlər və digər vəsaitlərlə təmsil edirlər”.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib: “Azərbaycan stendi bu dəfə də göz oxşayır. Stendi bəzəyən Qobustan lövhələri qədim tariximizin və mədəniyyətimizin sübutu kimi baxılır”.

Məlumata görə, Fransanın turizm naziri xanım Silviya Pinel qırmızı lenti kəsərək stendləri gəzib, müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə də görüşüb. Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov nazirə Heydər Əliyev Fondunun Azərbaycan haqqında kitabını, milli musiqi disklərimizi və suvenirlər təqdim etdi. Silviya Pinelə Aleksandr Düma və Şərab Yolu turizm marşrutları barədə məlumat verilib. O, bu ilin noyabrın 1-2 keçiriləcək II Beynəlxalq Gəncə Üzümçülük və Şərab festivalına dəvət olunub. Sohbət əsnasında Azərbaycan stendində Bakı Futbol klubunun iştirakı barədə də danışılıb. Silviya Pinel bu ideyanı bəyəndiyini və turizmlə idmanın çox gözəli əməkdaşlıq müstəvisi olduğunu söyləyib.

Özünün 35-ci mövsümünü yaşayan İFTM – Beynəlxalq Fransa Turizm və Marketinq Sərgisi -TOP RESA 2013 –də dünyanın səkkiz regionu - Amerika, Asiya, Sakit Okean ölkələri, Avropa, Aralıq dənizi Hövzəsi, Afrika və Yaxın Şərq ölkələrindən iştirakçılar toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR