Fransa Senatının üzvləri İranda səfərdədir

 Fransa Senatının üzvləri İranda səfərdədir
# 24 oktyabr 2013 14:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fransa Senatının üzvləri İranda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, iki nəfərlik nümayəndə heyətinə Jan İolo Kent və xanım Juel Qlavio Melam daxildir.

Onlar səfər çərçivəsində İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi ilə görüşüblər. Ə.Burucerdi bildirib ki, “altılıq” ölkələri ilə hər hansı bir razılaşmanın əsasında İranın dinc məqsədli nüvə enerjisindən istifadə haqqının qəbul edilməsi dayanacaq: “Rəsmi Tehran Nüvə silahlarının yayılması və qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında dincməqsədli nüvə fəaliyyətlərini davam etdirəcək. İran hesab edir ki, hətta bir ədəd nüvə silahı belə dünyanın təhlükəsizlik və sakitliyini ciddi şəkildə hədələyir”.

Ə.Burucerdinin sözlərinə görə, İsrailin nüvə cəbbəxanaları Qərb dövlətlərinin kütləvi qırğın silahları ilə mübarizə sahəsində ikili siyasətlərinin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR