ATƏT ölkələrinin XİN başçıları Azərbaycanla Ermənistan arasındakı ikitərəfli dialoqda yeni dinamikanı qeyd ediblər

ATƏT ölkələrinin XİN başçıları Azərbaycanla Ermənistan arasındakı ikitərəfli dialoqda yeni dinamikanı qeyd ediblər
# 07 dekabr 2013 00:29 (UTC +04:00)

Kiyev. Viktoriya Dementyeva-APA. ATƏT ölkələrinin XİN başçıları Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə aparılan ikitərəfli dialoqda yeni dinamikanı qeyd ediblər. APA-nın məlumatına görə, bu barədə ATƏT xarici işlər nazirləri Şurasının Kiyevdə keçirilən 20-ci iclasının yekununa dair qəbul olunan sənəddə bildirilir.

Toplantının yekununda keçirilən brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara müzakirələrin konstruktiv şəraitdə keçdiyini vurğulayıb. O qeyd edib ki, Ukrayna sədrliyinin il ərzində işinin bir hissəsi illərdir həllini tapmayan münaqişələrin çözülməsi ilə bağlı olub.

Kojaranın sözlərinə görə, iclasın yekunlarına dair ATƏT-in hərbi-siyasi istiqamətdə qərarlar qəbul edilib. Onların arasında transmilli təhlükələrin yayılmaması ilə bağlı qərar da var.

Xatırladaq ki, ATƏT XİN başçıların Şurasının sayca 20-ci iclasında Azərbaycandan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR