Yanvardan Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq

Yanvardan Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq
# 22 noyabr 2013 13:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Gələn il yanvarın 1-dən başlayaraq Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli APA-ya açıqlamasında bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları yanvar-fevral aylarında ərazi üzrə seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına (DSK) təqdim edəcəklər.

DSK-lar da seçici siyahılarını bir daha dəqiqləşdirəcək və may ayının əvvəlində seçici siyahılarını MSK-ya təqdim edəcəklər. MSK da mayın sonlarında iclas keçirəcək və ölkə üzrə seçicilərin daimi siyahısını təsdiq edəcək.

2014-cü ilin ikinci yarısında isə bələdiyyə seçkiləri ilə bağlı proses başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR