Yaxın 3 gün ərzində Günəşin aktivliyi nəticəsində geomaqnit qasırğa müşahidə olunacaq

Yaxın 3 gün ərzində Günəşin aktivliyi nəticəsində geomaqnit qasırğa müşahidə olunacaq
# 08 fevral 2014 10:31 (UTC +04:00)

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayevin bildirib ki, hazırda günəşin diskinin 7 regionunda aktivlik və 223 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. O deyib ki, fevralın 8-9-10-da Günəş alovlanması çox yüksək səviyyədə qalacağı, onun yayılmasının təkcə orta enerjidə (M klass) deyil, hətta yüksək rentgen həddində ( X Class) ola biləcəyi proqnozlaşdırılır. Ümumi (planetar) geomaqnit vəziyyət 8-10 fevralda çox həyəcanlı olacaq və kiçik maqnit qasırğanın olması ehtimalı var.

Qeyd olunub ki, Günəşin böyük koronal deşiyindən yüksək sürətli plazma axını geomaqnit şəraiti pisləşdirəcək. Bu günlərdə geomaqnit iğtişaşlar və meteo şəraitin tez-tez dəyişməsi risk qrupuna daxil olan (xroniki xəstəliklər, yaşlı insanlar və uşaqlar) və meteohəssas insanlarda narahatlıq-diskomfort hissi yaradacaq. Sağlam və meteohəssas olmayan insanlar üçün isə narahatlığa gərək yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR