Niderland Krallığının Rotterdam şəhərində türkdilli xalqların festivalı keçirilib - FOTO

Niderland Krallığının Rotterdam şəhərində türkdilli xalqların festivalı keçirilib - <span style="color: red;">FOTO
# 04 iyun 2013 08:12 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, mayın 31-dən iyunun 2-dək davam edən festivalda Türkiyə və Azərbaycandan başqa, Orta Asiya, Yaxın Şərq və digər bölgələrin türkdilli xalqları da iştirak edib. Festivalda Azərbaycanı "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri, eləcə də Niderland Krallığında yaşayan azərbaycanlılar təmsil edib. Azərbaycan stendinə milli geyimlərimiz, tariximizi, mədəniyyətimizi əks etdirən kitab və suvenirlər sərgilənib. Azərbaycan cəmiyyətlərinin üzvləri ziyarətçilərə ölkəmiz, mədəniyyətimiz, xüsusilə də Qarabağ haqqında məlumat veriblər.

Multi-festivallarda təmsil olunan ölkələrin antik əşyaları ilə bərabər, gündəlik tələbat malları da insanlara təqdim edilib.

Rotterdamda keçirilən multi-festivalda Türkiyənin məşhur sənətçiləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR