Azərbaycan taekvondoçuları Portuda Avropa birinciliyində mübarizə aparacaqlar

Azərbaycan taekvondoçuları Portuda Avropa birinciliyində mübarizə aparacaqlar
# 19 sentyabr 2013 12:29 (UTC +04:00)

Bakı-APA. Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Portu şəhərində keçiriləcək Avropa birinciliyinə qatılacaq. Taekvondo Federasiyasınından apasport.az saytına verilən məlumata görə, yığmamız səfərə qurumun vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə sentyabrın 22-də yola düşəcək.

Komandamızın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Portuda 13 taekvondoçuya şans verəcək. Onların açıqladığı heyətdə Tağı Tağızadə (45 kq), Kamil Abdurazakov (48 kq), Samid Bağırlı (51 kq), Məhəmməd Məmmədov (55 kq), Yusif Hüseynli (59 kq), Ayxan Tağızadə (63 kq), Tapdıq Quliyev (68 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (+78 kq), Nərminə Məmmədova (42 kq), Təranə Məmmədova (44 kq), Zümrüd Məlikova (46 kq) və Nur Cemre Kaymak (+67 kq) yer alıblar. Bu idmançılardan +67 kq çəki dərəcəsində mübarizə aparacaq türkiyəli taekvondoçu isə yığmamızda yenidir. O, Portuda millimizin heyətində debüt edəcək.

Qeyd edək ki, sentyabrın 25 -28-də baş tutacaq Avropa birinciliyində ölkəmizi hakim qismində Tural Vəlibəyov təmsil edəcək. Milli komanda vətənə sentyabrın 29-u dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR