Səfir Həsən Həsənov Polşada keçirilən “Azadlıq 25 il” adlı tədbirdə çıxış edib

Səfir Həsən Həsənov Polşada keçirilən “Azadlıq 25 il” adlı tədbirdə çıxış edib
# 06 iyun 2014 12:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Serotsk şəhərində təşkil olunmuş “Azadlıq 25 il” tədbirində iştirak edib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Serotsk şəhərinin meri Silvester Sokolnitski açaraq Polşanın 1989-cu ildən keçdiyi inkişaf yolundan danışıb. Mer S. Sokolnitski 25 illik yubileylə əlaqədar Serotsk şəhərinin inkişafında zəhməti olan şəxslərə xatirə medalları və hədiyyələr təqdim edib.

Səfir Həsən Həsənov iştirakçılar qarşısında çıxış edərək onlara Azərbaycan-Polşa əlaqələri və ölkənin tarixi haqda məlumat verib.

Tədbirdə şəhər ictimaiyyətinin üzvləri, Polşa prezidentinin müşaviri Tomaş Nalenç, Avropa Parlamentinin deputatı Yaroslav Kalinovski, senator Anna Aksamit, Seym deputatı Yadviqa Zakjevska, Leqionovo rayonunun rəhbəri Yan Qrabyeç, Pultusk şəhərində yerləşən A. Qoyştor adına Humanitar Akademiyanın rektoru Adam Koseski və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR